Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Uşaq incəsənət məktəbi 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edib.
Regional idarənin yaydığı məlumata görə, konsert proqramında məktəbin şagirdləri tərəfindən vətənpərvərlik ruhunda mahnılar ifa edilib və rəqs kompozisiyaları nümayiş etdirilib.
Tədbirin sonunda məktəbin həyətində şagirdlərin iştirakı ilə fləşmob təşkil olunub. Vətənpərvərlik mövzusunda musiqinin sədaları altında təqdim edilən fləşmob böyük maraqla qarşılanıb.























