Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən ölkənin aparıcı bədii kollektivlərinin genişmiqyaslı qastrol proqramı iyunda da davam edəcək.
Mart ayında başlanan, paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən qastrol təşəbbüsü “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.
İyun ayında proqram altı şəhər-rayonu əhatə edəcək: Xızı, Balakən, Ağdam, Ağcabədi, Qəbələ, Şəki.
İyun ayı üzrə konsertlərin proqramı
10 iyun – Xızı rayon Heydər Əliyev Mərkəzi (saat 14:00)
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri
12 iyun – Balakən rayon Mədəniyyət Mərkəzi (saat 18:00)
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı
20 iyun – Ağdam Muğam Mərkəzi (Ağdam şəhəri, saat 18:00)
Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri
21 iyun – Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzi (saat 15:00)
Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri
22 iyun – Qəbələ rayon Mədəniyyət Mərkəzi (saat 18:00)
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri
24 iyun – Şəki şəhər Heydər Əliyev Mərkəzi (saat 17:00)
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri



















