Mayın 10-da, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə Fəxri xiyabandakı məzarı dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunub.
Mədəniyyət naziri Adil Kərimli, yaradıcılıq təşkilatlarının rəhbərləri, tanınmış mədəniyyət xadimləri də Fəxri xiyabana gələrək dahi siyasətçinin məzarını ziyarət ediblər.
Mədəniyyətimizin böyük himayədarının məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub.
Ziyarət zamanı Ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
***
Mayın 10-da Mədəniyyət Nazirliyinin kollektivi, aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri də Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. Məzarın önünə tər gül dəstələri düzülüb, Ulu öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Ümummilli liderin ömür-gün yoldaşı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.




























