Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva Polşanın Bialıstok Universitetinin İngilis filologiyası fakültəsində tələbələrə mühazirələr oxuyur.
İnstitutdan bildirilib ki, alimin “Azərbaycan dramaturgiyası tənqidi realizm kontekstində” və “Müasir ədəbi ənənələrdə realizmin transformasiyası” mövzularında mühazilələri böyük maraqla qarşılanıb.
Növbəti mühaziərələr “Dramaturgiyada qəhrəman anlayışı sosial tənqid vasitəsi kimi” və “Azərbaycan mətnləri əsasında ədəbi təhlil metodları və rəqəmsal yanaşmalar” mövzularına həsr olunub.
Belə çıxışlar Azərbaycan ədəbiyyatının beynəlxalq elmi müstəvidə tanıdılmasına və müqayisəli ədəbiyyatşünaslıq sahəsində yeni perspektivlər açılmasına töhfə verir.





















