Aprelin 21-də Azərbaycan Dövlət Uşaq Filarmoniyası (ADUF) Beynəlxalq Rəqs Gününə həsr olunmuş konsert proqramı təqdim edəcək.
Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsertdə ADUF-un rəqs kollektivləri çıxış edəcəklər.
Dövlət Uşaq Filarmoniyasından bildirilib ki, konsertin əsas məqsədi uşaqlar arasında rəqs sənətinə marağı artırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək və gənc istedadların yaradıcılıq potensialını üzə çıxarmaqdır.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri Nigar Zeynalova, ADUF-un Uşaq folklor mahnı və rəqs ansamblının bədii rəhbəri Məhəmməd Quliyevdir.
Biletləri iticket.az saytından əldə etmək olar.
***
Beynəlxalq Rəqs Günü (İnternational Dance Day) hər il aprelin 29-da qeyd olunur. Əlamətdar gün 1982-ci ildə UNESCO nəzdində Beynəlxalq Rəqs Şurası tərəfindən təsis edilib.



















