Xalqımızın milli mədəni irsini və folklor ənənələrini yaşadan Novruz bayramı Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi Şəmkir rayonunda da təntənə ilə qeyd olunub.

Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz RMİ və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Bayraq meydanında Novruz şənliyi keçirilib.

Əvvəlcə çoxəsrlik mədəniyyətimizi təcəssüm etdirən sərgiyə baxış keçirilib.

İcra başçısı Rəşad Tağıyev rayon sakinlərini xalqımızın ən əziz bayramı olan Novruz münasibətilə təbrik edib, bu qədim bayramın sülh, mehribanlıq və ruzi-bərəkət gətirdiyini, dövlətimizin milli adət-ənənələrin qorunmasına hər zaman xüsusi diqqət yetirdiyini bildirib.

Ümumrayon tədbiri regional idarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri əməkdaşlarının bayram konserti ilə davam edib.