Martın 19-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert komissiyasının növbəti iclası keçirilib.

İclasda mədəniyyət naziri Adil Kərimli, komissiyanın rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov və komissiyanın üzvləri iştirak ediblər.

İclasda ölkəmizdə təsviri və dekorativ-tətbiqi sənətin inkişafı ilə bağlı qarşıda duran vəzifələrdən bəhs olunub.

Komissiyaya təqdim edilən əsərlər, eləcə də yaradıcı fəaliyyətə dair müzakirə aparılıb.