Fevralın 3-də Bakı Slavyan Universiteti (BSU) ilə Özbəkistan Dövlət Dünya Dilləri Universiteti arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutan anlaşma memorandumu imzalanıb.
Sənədi BSU-nun rektoru Anar Nağıyev və Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin rektoru İlhomcon Tuxtasinov imzalayıblar.
BSU-dan verilən məlumata görə, memorandum iki ali təhsil müəssisəsi arasında akademik və elmi əməkdaşlığın inkişaf etdirilməsini, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini və beynəlxalq əlaqələrin möhkəmləndirilməsini nəzərdə tutur.
Sənəd tərəflər arasında akademik və elmi mübadilə, tələbə və müəllim heyətinin qarşılıqlı iştirakı ilə birgə tədqiqat və təhsil proqramlarının həyata keçirilməsi, eləcə də innovativ tədris, idarəetmə və elmi-metodik sahələrdə əməkdaşlıq məsələlərini əhatə edir.






















