Oxu mədəniyyətinin təşviqi, kitaba sevginin aşılanması və cəmiyyətdə paylaşma dəyərlərinin gücləndirilməsi məqsədi daşıyan 14 fevral - "Beynəlxalq Kitab Bağışlama Günü” münasibətilə Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, ənənəvi sərgidə oxu mədəniyyəti və kitabın cəmiyyətdəki rolu, söz, kitab, mütaliə, kitabxana və kitab nəşri haqqında müdrik fikirlər, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması, uşaqlar və gənclər üçün nəzərdə tutulmuş maarifləndirici kitablar, Azərbaycan və dünya ədəbiyyatının seçmə nümunələri və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgidə Ulu Öndər Heydər Əliyevin söz, kitab, mütaliə, kitabxana və kitab nəşri haqqında müdrik fikirləri, hər il Milli Kitabxanada "Beynəlxalq Kitab Bağışlama Günü" ilə əlaqədar keçirilən tədbirlər haqqında materiallar, kitab marafonu, kitab və oxu mədəniyyəti, kitab çapı və s. haqqında ədəbiyyatlar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_Kitab_Bagislama_Gunu/index.htm linkindən istifadə edə bilərlər.