Görkəmli bəstəkar, unudulmaz mahnıların müəllifi, Xalq artisti Elza İbrahimovanın (1938-2012) adı Qusar şəhər Uşaq İncəsənət Məktəbinə verilib.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov tərəfindən fevralın 9-da bununla bağlı müvafiq qərar imzalanıb.
Sənəddə Mədəniyyət Nazirliyinə və Qusar Rayon İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Baş nazirin 9 fevral tarixində imzaladığı daha bir qərarla görkəmli şair, tərcüməçi, Dövlət mükafatı laureatı, Xalq şairi Fikrət Qocanın (1935-2021) adı dünyaya göz açdığı Ağdaş rayonunun Kotanarx kənd tam orta məktəbinə verilib.
Sənədə əsasən, Elm və Təhsil Nazirliyi və Ağdaş Rayon İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etməlidir.





















