M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor: Əməkdar artist Fuad İbrahimov) “Əsrləri adlayan musiqi” adlı konsert keçirilib.
Filarmoniyadan bildirilib ki, konsert proqramı dahi bəstəkar, pedaqoq, SSRİ Xalq artisti Qara Qarayevin (1918-1982) doğum günü münasibətilə təşkil olunub.
Konsertdən əvvəl çıxış edən musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə Qara Qarayevin yaradıcılığı, onun musiqi dilinin fəlsəfi və estetik xüsusiyyətləri barədə məlumat verib.
Konsert proqramında XX əsr musiqi mədəniyyətinin görkəmli nümayəndələrinin simfonik əsərləri səsləndirilib. Bütün musiqi nömrələri alqışlarla qarşılanıb.






















