Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının təşkilatçılığı, "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gəncliyin ritmi” adlı neon konsert proqramı təqdim edilib.
Bu barədə Mahnı Teatrından məlumat verilib.
Gəncliyin enerjisini əks etdirən xüsusi ifalar, sevilən müğənnilərin çıxışları, neon işıq effektləri və dinamik musiqi tamaşaçılara unudulmaz anlar yaşadıb.
Konsertdə gənclərdən ibarət “East or West” qrupu, Arzu Hüseynov, Sabir Əliyev, Sübhan Rüstəmov, Nigar Tağıyeva, Ramazan Şərifzadə, Tofiq Hacıyev, İdris Hüseynov, Sübhan Məmmədzadə, Əlifaiq Mirzəyev, İlqar Bəkirov, Babək Əfəndi və Ema kimi ifaçılar çıxış ediblər.
“Gəncliyin ritmi” adlı neon konsert müasir musiqi üslubu və vizual həlli ilə seçilərək, Mahnı Teatrının səhnəsində fərqli atmosfer yaradıb.
























