Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan “Bir şəhərin hafizəsi: Qədim Salyan və memarlıq” adlı tədbir keçirilib.

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, çıxışlarda Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunan “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətini, ölkədə şəhərsalma və memarlıq sahəsində həyata keçirilən dövlət siyasətini, tarixi-memarlıq irsinin qorunmasının vacibliyi vurğulanıb. Salyan rayonunun qədim yaşayış məskəni kimi formalaşması, tarixi məkanları və memarlıq irsi diqqətə çatdırılıb.

Tədbirdə Salyan rayonunun tarixi məkanlarını və memarlıq nümunələrini əks etdirən videoçarx nümayiş etdirilib.

İştirakçılar muzeyin fondunda qorunan eksponatlar və tematik fotosərgi ilə tanış olublar.

Sonda Salyan rayon Mədəniyyət Mərkəzinin solistləri tərəfindən musiqi nömrələri səsləndirilib.