Tovuz rayonu üzrə mədəniyyət müəssisələrinin (Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi) birgə təşkilatçılığı ilə dekabrın 27-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə "Arzu təzə, il təzə" adlı tədbir keçirilib.
Tədbir çərçivəsində bayram ovqatını əks etdirən maraqlı çıxışlar olub, uşaqların iştirakı ilə əyləncəli proqram təşkil olunub.
Musiqi məktəbləri şagirdlərinin ifasında rəngarəng musiqi və rəqs nömrələri nümayiş olunub.
Sonda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Tovuz rayon Komitəsi tərəfindən uşaqlara bayram hədiyyələri təqdim edilib.























