Azərbaycan Dövlət Akademik Musiqili Teatrında klassik vokal musiqisi konserti keçirilib.

Bu barədə teatrdan məlumat verilib.

Bildirilib ki, proqram teatrın baş dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin bədii rəhbərliyi ilə ərsəyə gəlib.

Konsertdə Əməkdar artistlər Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Fərid Əliyev, eləcə də teatrın digər aktyorları – Firus Məmmədov, Yuliya Heydərova, Eleonora Mustafayeva, Valeriya İskəndərova və Olqa Georqiyeva çıxış ediblər.

Proqramda Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri Qara Qarayev, Fikrət Əmirov, eləcə də dünya musiqisinin tanınmış simaları Coakkino Rossini, Cüzeppe Verdi, Cakomo Puççini, Amilkare Ponkyelli, Klod Debüssi, Arrigo Boytonun və başqalarının əsərlərindən vokal nümunələri yer alıb.