Ağstafa rayon Heydər Əliyev Mərkəzində (Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi) Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nüsrət Kəsəmənlinin (1945–2003) 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, şair, Əməkdar incəsənət xadimi Barat Vüsal və digər çıxış edənlər Nüsrət Kəsəmənlinin yaradıcılığından, poetik irsinin xüsusiyyətlərindən söz açıblar.

Tədbirin bədii hissəsində Nüsrət Kəsəmənlinin oxucular və dinləyicilər tərəfindən dillər əzbəri olan şeirləri qiraət olunub, sözlərinə bəstələnmiş mahnılar ifa edilib.

Nüsrət Kəsəmənlinin oğlu, Bakı Bələdiyyə Teatrının aktyoru Rəşad Kəsəmənli şairin “Biri vardı, biri yox”, “Mən səni unuda bilmirəm axı”, şairin nəvəsi Əli Kəsəmənli "Qar yağır Şəhidlər xiyabanına” şeirlərini səsləndiriblər.