Mayın 10-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı təqdim edilib.
Konsertdə dirijor Mustafa Mehmandarovun idarəsi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.
Proqramda Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Oqtay Zülfüqarovun “Şənlən, mənim xalqım”, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Gözəllər gözəli” və “Vals”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən fraqmentlər, Soltan Hacıbəyovun “Karvan”, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsərləri alqışlarla qarşılanıb.























