AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Biblioqrafiya şöbəsinin böyük elmi işçisi Sona Xəyalın toplayıb nəşrə hazırladığı “Nardaranlı şairlərin növhələri” kitabı işıq üzü görüb.
Bu barədə institutdan məlumat verilib.
Tərtibçi kitaba geniş ön söz yazıb.
Kitabda XIX-XX əsrlərdə yaşayıb-yaratmış müəlliflərin əsərləri toplanıb. Topluya ustad şairlərlə yanaşı həvəskar yazarların da növhələri daxil edilib.
Yeni nəşrin redaktoru Hacı Mustafa Mailoğlu, rəyçiləri filologiya elmləri doktoru, professor Raqub Kərimov, fəlsəfə elmləri doktor, dosent Zəkiyyə Əbilova və şöbə müdiri Qutiyera Cəfərovadır.



















