Bülbülün Memorial Muzeyində "AYTAM" Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi və Bakı şəhəri 231 nömrəli tam orta məktəb ilə birgə "Uşaq hüquqları aylığı" çərçivəsində tədbir təşkil edilib.
Ölkəmizin də qoşulduğu BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının (20 noyabr 1989-cu il) ildönümü ərəfəsində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə hər il 20 oktyabr – 20 noyabr tarixlərində keçirilən "Uşaq hüquqları aylığı" silsilə tədbirlərlə qeyd edilir.
Muzeydə keçirilən tədbir də, "Uşaq hüquqları aylığı"na töhfə olmaqla yanaşı, məktəblilər arasında hüquqi maarifləndirmə məqsədi daşıyıb.
"AYTAM" ictimai birliyinin üzvləri və 231 nömrəli məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mahnıları, rəqslər tədbirə rəng qatıb.
Qonaqlar muzeyin ekspozisiyası ilə də maraqla tanış olublar.























