Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri oktyabrın 11-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış edib.
Orkestrin bədii rəhbər və baş dirijoruXalq artisti Fəxrəddin Kərimovun idarə etdiyi konsertin solistlər Corc (George) Held (klarnet, ABŞ) və İrina Mehdiyeva (piano) olub.
Proqramda Feliks Mendelsonun simlilər üçün 10 saylı simfoniyası (b-moll), Volfqanq Amadey Motsartın klarnet və orkestr üçün konserti (A-dur), Alfred Şnitkenin piano və orkestr üçün konserti (op.136), “İntermezzo” və “Polka” əsərləri səslənib.
Konsert gur alqışlarla sona çatıb.