Prezident İlham Əliyev sentyabrın 18-də “Memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Orta əsrlər Azərbaycan memarlığının inkişafında müstəsna yeri olan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində abidəsi qoyulacaq.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.