AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Elnarə Zeynalovanın “Xaqani Şirvani yaradıcılığına konseptual baxış (ərəbcə irsi əsasında)” kitabı nəşr olunub.

Bu barədə Ədəbiyyat İnstitutundan məlumat verilib.

Xaqani Şirvaninin 900 illik yubileyi münasibətilə hazırlanmış kitabın təkmilləşdirilmiş nəşrində şairin ərəbcə əsərlərinin öyrənilməsində əhəmiyyətli hesab olunan Azərbaycan, Türkiyə, Rusiya, Fransa və İrlandiya kitabxanalarının fondlarındakı əlyazmalara münasibət bildirilib. Həmin əlyazmaların köməyi ilə Azərbaycanda ilk dəfə olaraq, şairin ərəbcə yazdığı əsərlərin küll halında elmi-tənqidi mətni hazırlanıb və kitabın sonuna əlavə edilib.

Kitabın elmi redaktorları akademik Rafael Hüseynov və filologiya elmləri doktoru, professor Aida Qasımovadır. Akademik Rafael Hüseynov kitaba ön söz yazıb.