Bakı Slavyan Universiteti (BSU) 2026–2027-ci tədris ili üzrə magistratura səviyyəsində iki yeni ixtisaslaşmaya qəbul elan edir.

Universitetdən verilən məlumata görə, növbəti tədris ili üzrə magistratura səviyyəsində xüsusi təhsil və sosial psixologiya ixtisaslaşmalarına qəbul aparılır.

Müasir əmək bazarının tələblərinə uyğun hazırlanmış bu proqramlar magistrantlara nəzəri biliklərlə yanaşı, peşəkar bacarıqların inkişafı və praktik təcrübə qazanmaq imkanı yaradır.

Məlumatda qeyd olunur ki, keyfiyyətli təhsil mühiti, peşəkar akademik heyət və müasir yanaşmaları ilə BSU gələcəyin rəqabətqabiliyyətli mütəxəssislərinin hazırlanmasına töhfə verməyə davam edir.