Milli Kitabxanada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin (1885–1948) 140 illiyi münasibətilə virtual və ənənəvi kitab sərgisi açılıb.
Kitabxanadan verilən məlumata görə, sərgilərdə rəsmi sənədlər, dahi bəstəkar, musiqişünas-alim, publisist, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin zəngin irsi – operaları, musiqili komediyaları, satirik hekayələri, felyetonları, dərslikləri yer alıb.
Həmçinin bəstəkarın həyatı, elmi və ictimai-siyasi fəaliyyəti, Azərbaycan musiqisinin inkişafında müstəsna xidmətləri, publisistikası, xalq musiqisi, xor musiqisi, ifaçılıq sənəti, çoxşaxəli yaradıcılığının müxtəlif sahələrinə həsr olunmuş monoqrafiyalar, digər tədqiqat əsərləri, eləcə də Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalları, bəstəkarın Şuşadakı və Bakıdakı ev-muzeyləri haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayış olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Hacibeyli_Uzeyir/index.htmhttps://anl.az/el/vsb/Hacibeyli_Uzeyir/index.htm linkindən istifadə edə bilərlər.