Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru Əməkdar artist, Özbəkistanın mədəniyyət səfiri Sahib Paşazadə Daşkəndə gedib.
Tarzən BMM-in əməkdaşlıq etdiyi təhsil müəssisələrində ustad dərsləri keçmək və Novruz bayramı ilə əlaqədar tədbirlərdə iştirak üçün qardaş ölkəyə dəvət edilib.
BMM-dən bildirilib ki, səfər çərçivəsində Sahib Paşazadə Yunus Rəcəbi adına Özbəkistan Milli Musiqi Sənəti İnstitutunun tələbə yataqxanasında təşkil olunan bayram şənliyində iştirak edib.
İnstitutun rektoru Eldor Şermanov təhsil ocağı haqqında məlumat verib, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şəraitdən danışıb.
Sahib Paşazadə institutun yataqxanasında fəaliyyət göstərən səsyazma studiyasında olub, tələbələrin çıxışlarını dinləyərək öz tövsiyə və məsləhətlərini verib.
Görüşün sonunda tələbələr tarzəni özbək plovuna qonaq ediblər.






















