25-26 sentyabr tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” mövzusunda beynəlxalq elmi simpozium təşkil olunacaq.

Simpozium Prezident İlham Əliyevin dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəylinin (1885–1948) 140 illik yubileyinin qeyd edilməsi haqqında 3 fevral 2025-ci il tarixli Sərəncamının icrası üzrə AMEA-da təsdiq olunan tədbirlər planı çərçivəsində keçiriləcək.

AMEA-nın Folklor İnstitutu, Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə reallaşacaq simpoziumda 10-dan çox ölkədən, o cümlədən türk respublikalarından folklorşünas, sənətşünas, mədəniyyətşünas, musiqişünas alim və mütəxəssislər iştirak edəcək.