Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi 15 Sentyabr – Bakının işğalından azad olunmasının 107-ci ildönümü münasibətilə sosial mediada paylaşım edib.

“Bakının düşmən işğalından qurtuluşunun 107-ci ildönümündə Qafqaz İslam Ordusunun qəhrəman əsgərlərini, başda Nuri Paşa olmaqla, bütün şəhidlərimizi rəhmətlə yad edirik”, – deyə səfirliyin “X” səhifəsində yayılan paylaşımda bildirilir.

***

Türkiyə Xarici İşlər Nazirliyi də əlamətdar gün münasibətilə Azərbaycanı təbrik edib.

Türkiyə XİN-in “X” səhifəsində yayılan paylaşımda deyilir: “Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad olunmasının 107-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı ən səmimi diləklərimizlə təbrik edirik. Müstəqillik uğrunda canını fəda edən bütün şəhidlərimizi rəhmətlə anırıq”.

*** 

Türkiyənin Milli Müdafiə Nazirliyi də qardaş xalqlarımızın ortaq tarixində xüsusi yeri olan 1918-ci ilin 15 sentyabrı ilə bağlı sosial mediada mesaj yayıb.

Nazirlik Bakının düşmən işğalından azad edilməsinin 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib. Paylaşımda Nuru Paşa və Qafqaz İslam Ordusunun qəhrəman şəhid və qaziləri rəhmətlə yad olunub.

“Azərbaycanla bir yumruq, bir ürək olmağa davam edəcəyik”, – deyə paylaşımda vurğulanır.