Qusar Dövlət Ləzgi Dram Teatrı yeni mövsümü Mirzə Fətəli Axundzadənin “Hekayəti-xırs-quldurbasan” komediyası ilə açacaq.

2013-cü ildən teatrın repertuarında olan səhnə əsərinin quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır.

Rolları Bağır Əhmədov (Divanbəyi), Lalə Qurbanova (Zalxa), Yalçın Qaraxanov (Tarverdi), Ramella Rzayeva (Pərzad), Elnur Hacıyev (Bayram), Həsrət Nəsrullayev (Namaz) və başqaları ifa edirlər.

Tamaşa sentyabrın 12-də (saat 11:00) Qusar Mədəniyyət sarayında nümayiş olunacaq.