Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası yeni mövsümün başlanması ilə bağlı konsert proqramlarını elan edib.

Filarmoniyanın sentyabr ayı üzrə repertuarı əsasən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində nəzərdə tutulan konsertlərdən ibarətdir.

Sentyabrın 22-də festival çərçivəsində “Dostluq” konserti olacaq. Saat 19-da başlanacaq konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor Ağaverdi Paşayev) və solistlər Yeganə Axundova (piano), Emre Eryılmaz (tar, Türkiyə) çıxış edəcəklər.

Sentyabrın 22-də filarmoniyanın səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, ayın 25-də isə Niyazi adına Dövlət Simfonik Orkestrinin (dirijor  Hakan Şensoy, solist Şefika Kutluer (fleyta) – hər ikisi Türkiyə) konserti olacaq.

Sentyabrın 26-da filarmoniyada festivalın daha bir konsertində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Yalçın Adıgözəlov) çıxış edəcək. Solistlər: Sahun Sam Hong (piano), Soyoung Choi  (violin, hər ikisi Cənubi Koreya).