Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə avqustun 20-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Yay zalı”nda dünyaşöhrətli dirijor və bəstəkar Niyazinin (1912–1984) anadan olmasının 113-cü ildönümünə həsr edilən konsert keçirilib.
Sənətşünas Leyla Quliyeva Niyazinin həyat və sənət yolundan söz açıb, onun musiqi mədəniyyətimizin inkişafına verdiyi mühüm töhfələrdən danışıb.
Bildirilib ki, konsertin məqsədi unudulmaz dirijor və bəstəkar Niyazinin zəngin yaradıcılıq irsini gənc nəslə tanıtmaq və sənətinə ehtiram ifadə etməkdir.
Sonra konsert proqramı təqdim olunub.
Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Niyazi adına Dövlət Simfonik Orkestri və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər – Xalq artisti Samir Cəfərov, Əməkdar artist Afaq Abbasova, həmçinin Mirələm Mirələmov, Selcan Fermor Hesketh və Güllü Muradova çıxış ediblər.
Proqramda Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov və Asəf Zeynallının əsərləri səsləndirilib.