
F.Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin (1925–2009) 100 illik yubileyi münasibətilə veblioqrafiya hazırlayıb.
“Qələmin səsi, qəlbin nəğməsi: Bəxtiyar Vahabzadə – 100” adlı veblioqrafiyada şairin həyat və yaradıcılığı, yubileyinin qeyd edilməsi ilə bağlı ölkə başçısının sərəncamı, görkəmli şəxslərin onun haqqında fikirləri, həmçinin xatirəsini əks etdirən foto və video materiallar yer alıb.
Biblioqrafik vəsaitdə ümumilikdə 44 adda kitabın və 189 adda dövri mətbuat materialının biblioqrafik təsviri və tam mətnləri öz əksini tapıb.
Vəsaitin tərtib edilməsində əsas məqsəd görkəmli şairin çoxşaxəli ədəbi-bədii irsini sistemli şəkildə toplayaraq gənc nəslə təqdim etməkdir. Oxucular şairin yaradıcılıq yolunu, vətənpərvərlik mövzusunda əsərlərini, milli dəyərlərin qorunmasında göstərdiyi xidmətləri, eləcə də onun ədəbi fikir tarixindəki yerini daha dərindən öyrənə biləcəklər.
Biblioqrafik mənbə ilə aşağı qeyd edilmiş link vasitəsilə tanış olmaq olar: