Mil-Muğan Regional Mədəniyyət İdarəsinin  Beyləqan rayonu üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Doğma dilim, ana dilim” adlı tədbir keçirilib.

Tədbirdə təhsil müəssisələrinin müəllim və şagirdləri, mədəniyyət müəssisələrinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanda indiyədək istifadə olunmuş ərəb, latın (ötən əsrin 20-30-cu illəri), kiril (1939-cu ildən 1992-ci ilədək) və hazırkı latın qrafikalı əlifbaların sərgisinə baxış keçirilib.

“Azərbaycan dilinin inkişafında Heydər Əliyevin rolu” adlı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edənlər Azərbaycan dilinin tarixi inkişaf yolu və bu sahədə dövlət səviyyəsində görülən işlərdən, ana dilimizin  tək ünsiyyət vasitəsi deyil, eyni zamanda milli kimliyimizin, dövlətçiliyimizin və suverenliyimizin daşıyıcılarından biri olmasından bəhs ediblər.

Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı sahəsində əvəzsiz xidmətləri, bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir və dilimizin müasir çağırışlara uyğun şəkildə qorunması və təbliği istiqamətində mühüm addımlar atılır.

Sonda mədəniyyət işçilərinin və məktəblilərin ifasında dilimizə aid kompozisiyalar və şeirlər təqdim olunub.

Nurəddin