Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramları davam edir.
İyulun 28-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində kamera musiqisi axşamı təşkil edilib.
Vurğun Vəkilov (piano), Ümidə Abasova (violin), Nərgiz Əliyeva (fleyta), Zərif Kərimova (piano), Boris Paşkin (akkordeon), Eldar İsababayev (kontrabas), Yusif Əlizadə (zərb aləti), Zərrin Əliyeva (violin), Nərgiz Kəngərli (piano) və Aytac Şıxəlizadə (vokal, metso-soprano) maraqlı konsert proqramı ilə çıxış ediblər.
Konsertdə Tofiq Quliyevin “Arzular”, Fikrət Əmirovun “Gecə keçdi”, V.Saparovun “Alla tanqo”, F.Şopenin “Grande valse billiante”, “20 nömrəli noktün”, F.Listin “İspan rapsodiyası”, R.Gallianonun “Klod üçün tango” və digər bəstəkarların əsərləri səsləndirilib.
XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı iyulun 29-da başa çatacaq.