Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Musiqili Bakı“ layihəsi davam edir.
İyulun 25-də layihə çərçivəsində “Buta” rəqs qrupunun konserti olub.
Xətai rayonundakı Heydər Əliyev parkında gerçəkləşən konserti mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, sakinlər izləyiblər.
“Buta” qrupu Azərbaycanın rəqs nümunələri ilə yanaşı, müxtəlif xalqlara aid rəqsləri də təqdim edib.
Rəngarəng proqram tamaşaçılar tərəfindən maraqla qarşılanıb.