Şirvan şəhər Mərkəzi Kitabxanası və şəhər Uşaq musiqi məktəbinin (Şirvan-Salyan RMİ) birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli şairi Seyid Əzim Şirvaninin (1835–1888) 190 illik yubileyinə həsr olunan "Seyyida, ölmərəm, aləmdə səsim var mənim" adlı tədbir keçirilib.
Tədbirdə çıxış edənlər şairin yaradıcılığından söz açıblar. Qeyd edilib ki, Seyid Əzim Şirvani kimi şəxsiyyətlərin irsi bu gün də gənc nəslin tərbiyəsində, onların milli-mənəvi dəyərlərlə yetişməsində əvəzsiz rol oynayır. Şairin təhsilə verdiyi önəm, onun müasirlərinə ünvanladığı maarifçi çağırışlar bu gün də öz aktuallığını qoruyur.
Tədbirin bədii hissəsində Şivan şəhər Uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında şairin qəzəlləri və muğamlar səsləndirilib.
Sonda Seyid Əzim Şirvaninin yaradıcılığından bəhs edən sərgiyə baxış olub.
Nurəddin