12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Sabirabad rayonunda gənclər üçün musiqili və əyləncəli tədbir keçirilib.
Tədbir Mil-Muğan Regional Mədəniyyət İdarəsi (RMİ), Mil-Muğan Regional Gənclər və İdman İdarəsi (RGİİ), Gənclərin İnkişaf və Karyera Mərkəzinin region nümayəndəliyinin birgə təşkilatçılığı, MİHİ Respublika Birliyinin Sabirabad rayon komitəsi və Sabirabad Gənclər Evi sosial xidmət müəssisəsinin dəstəyi ilə "Hophopnamə" Kitab Mərkəzində təşkil olunub.
Bu barədə Mil-Muğan RMİ məlumat yayıb.
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev və digər çıxış edənlər gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara təhsil, karyera, yaradıcılıq və ictimai fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirin bədii hissəsində Saatlı rayon Mədəniyyət Mərkəzinin Cəfərxan kənd klubunun əməkdaşları tərəfindən hazırlanmış musiqi proqramı təqdim olunub.
***
Beynəlxalq Gənclər Günü avqustun 12-də Beyləqanda da qeyd edilib.
Tədbir Beyləqan Rayon İcra Hakimiyyəti, Mil-Muğan RMİ-nin Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin, Mil-Muğan RGİİ-nin rayon sektoru və rayon Gənclər evinin birgə təşkilatçılığı ilə keçirilib.
Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayon icra basçışının müavini Yeganə Məmmədova gəncləri təbrik edərək onlara təhsil, əmək fəaliyyəti və ictimai həyatda uğurlar, yeni nailiyyətlər arzulayıb.
Mil-Muğan RGİİ Beyləqan rayon sektorunun müdiri Sənan Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova, rayon Mədəniyyət Mərkəzinin direktoru Fikrət Ağayev və digər çıxış edənlər dövlət gənclər siyasətindən söz açıb, gəncləri əlamətdar gün münasibətilə təbrik ediblər.
Tədbir Heydər Əliyev parkında gənclərin ekoloji aksiyası ilə davam edib, ərazidə təmizlik işləri aparılıb.
Sonda park ərazisində çay süfrəsi və konsert proqramı təşkil olunub.


























