M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirilib.
Filarmoniya, YAP Səbail rayon təşkilatı və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Ulu öndər və Milli Qurtuluş Günü ilə bağlı videoçarx nümayiş etdirilib.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, rayon icra başçısının müavini Kəmalə Həşimova, Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxış ediblər.
Sonra Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupunun (bədii rəhbər Xalq artisti Ağaverdi Paşayev, xormeyster Əməkdar artist Naala Baratelia) iştirakı ilə konsert proqramı təqdim olunub.
Orkestri dirijor Əməkdar artist İlahə Hüseynova idarə edib.
Solistlər Xalq artisti Gülyaz Məmmədova (xanəndə), Əməkdar artistlər Almaz Orucova (xanəndə), Xəyyam Məmmədov (kamança), İlahə Əfəndiyeva (soprano), “Muğam” televiziya müsabiqəsi laureatları Orxan Hüseynli (xanəndə), Səbinə Ərəbli (xanəndə), Sədəf Budaqova (xanəndə), Vəfa Vəzirova (xanəndə), Sərxan Bünyatzadə (xanəndə), Rövşən Əziz (xanəndə), Rəvanə Qurbanova (xanəndə), Taleh Yahyayev (bariton) olub.
Proqramda Azərbaycanın bəstəkar və xalq mahnıları yer alıb.