Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin İncəsənət fakültəsində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə konsert proqramı təşkil edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov təhsil ocağının qadın əməkdaşlarını və tələbələrini Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək onlara akademik fəaliyyətlərində uğurlar arzulayıb. Rektor qadınların təhsil prosesində uğurlu iştirakına diqqət çəkərək onların həm akademik, həm də sosial sahədəki fəaliyyətlərinin xüsusi qiymətləndirilməli olduğunu vurğulayıb.
Daha sonra söz musiqiyə verilib. Konsert proqramında İncəsənət fakültəsinin müəllim-tələbə heyəti tərəfindən klassik və milli musiqilər səsləndirilib. Bütün ifalar alqışlarla qarşılanıb.