Niderland Krallığında fəaliyyət göstərən Niderland-Azərbaycan Odlar Yurdu Cəmiyyəti milli musiqi və mədəniyyətimizin tanıdılmasına öz töhfəsini verir.

Cəmiyyətin sədri Firəngiz Bağırovanın təşkilatçılığı ilə Niderlandın Amersfort şəhərindəki uşaq musiqi məktəbində Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert keçirilib.

Musiqi Məktəbləri Birliyinin müraciəti əsasında təşkil olunan konsertdə F.Əmirov, Q.Qarayev, T.Bakıxanov, S.Rüstəmov və M.Mirzəyev əsərləri də ifa edilib. Azərbaycan musiqisinin əsrarəngizliyi dinləyiciləri məftun edib.

Uzun illər Azərbaycan musiqisini Niderlandda təbliğ edən Firəngiz Bağırova bəstəkarlarımız və onların əsərləri haqqında məlumat verib. O, həmçinin Niderlandın müxtəlif şəhərlərində təşkil etdiyi konsert və tədbirlərdən danışıb.

Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.