
Öz ölkəsində və dünyada ona ilk məşhurluğu Mario Moniçellinin “Xalq romanı” komediyası gətirir (1974). Sonra aktyor L.Komençininin “Allah, mən necə də əskildim”, L.Djampinin “Dəli yataqlar”, S.Samperinin “Ernesto” filmlərində rol alır.
80-ci illərin əvvəllərində Mikele öz vətənində kifayət qədər tanınmış aktyor idi. Ancaq ona əsl dünya şöhrəti gətirən obraz “Sprut” teleserialında komissar Korrado Kattani rolu oldu. Bu rol dünyada misli görünməmiş populyarlığa nail olur, bütün dünyada Plaçidonu Komissar Korrado Kattani kimi tanıyır və sevməyə başlayırlar.
Plaçidonun zəngin filmoqrafiyası var. O, özünü muxtəlif obrazlarda sınayıb. Tamaşaçılar onu həm qatil, həm polis rolunda, həm çox yüngül, həm də çox ciddi obrazlarda görüb. Artıq neçə ildir ki, Mikele Plaçido həm də rejissor kimi də fəaliyyət göstərir.
O, aktrisa Simonetta Stefanelli ilə evli olsa da, sonradan ayrılıb. Hazırda Federika Vinçenti ilə ailə həyatı sürür. 60 yaşında yenidən ata olub, oğlu Gabriel dünyaya gəlib.