Milli Kitabxana 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili  Günümünasibətilə virtual və ənənəvi kitab sərgilərini istifadəçilərə təqdim edib.

Sərgilərdə Azərbaycan əlifbası və dili haqqında rəsmi sənədlər, Azərbaycan dilinin inkişaf yolları, əlifbanın yaranması, qarşıya çıxan çətinliklərdə Ümummilli lider Heydər Əliyevin qayğısı, dövlət dili kimi formalaşmasında dəstəyi, Azərbaycanın görkəmli şəxslərinin dilimiz haqqında fikirləri, Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tarixindən bəhs edən kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgiyə bu linkdə baxmaq olar:

https://anl.az/el/vsb/Ana_dili_gunu/index.htm 

***

Bu əlamətdar gün Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü hər birimizə bir daha xatırladır ki, dil xalqın ən müqəddəs mənəvi sərvəti, milli varlığının əsas rəmzi və dövlətçiliyimizin əbədi dayağıdır. Azərbaycan dilinin yazılı inkişaf tarixi müxtəlif əlifba sistemləri ilə sıx bağlı olub. XX əsrdə xalqımız üç dəfə əlifba dəyişikliyi yaşamışdır ki, bu da milli-mədəni irsin qorunmasına, elmi və ədəbi varisliyə müəyyən təsirlər göstərib.