
Dekabrın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xalq rəssamı Elbəy Rzaquliyevin (1926-2007) anadan olmasının 90 illiyinə həsr edilmiş sərgi açılacaq.
Dekabrın 17-dək davam edəcək sərgidə rəssamın ailəsinin kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Milli İncəsənət Muzeyinin fondunda saxlanılan əsərlər nümayiş olunacaq.