
Təhsil və mədəniyyət işçilərinin, ziyalıların, qələm sahiblərinin iştirak etdikləri tədbirdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Güllü Əhmədova, şairə Solmaz Elqızı və başqaları Bəxtiyar Vahabzadənin yaradıcılığının müxtəlif məqamlarına toxunublar. Vurğulanıb ki, şair bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb, daim xalqının düşüncə və arzuları, hiss və duyğuları ilə yaşayıb. Onun zəngin yaradıcılığı poeziyamızın, şeirimizin cövhəri olub.
Tədbirdə Bəxtiyar Vahabzadənin şeirləri, sözlərinə bəstələnmiş mahnılar səsləndirilib, həyat və yaradıcılığından bəhs edən film göstərilib.