Quba-Xaçmaz RMİ-nin tabeliyindəki Şabran rayon Mədəniyyət Mərkəzi iyunun 30-da Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü şair Esmira Günəş ilə görüş təşkil edib.
Görüşdə şəhid ailələri, regional idarənin Şabran rayonu üzrə nümayəndəsi Xalidə Əliyeva, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın Dövlət Himni səslənib, Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Zəfər balladası” klipi nümayiş etdirilib. Klipin fonunda şəhidlərin şəkli olan xalçalar səhnədə nümayiş olunub.
Qiraətçilər Esmira Günəşin Şabran şəhidlərinə həsr etdiyi şeirlərini söyləyiblər. "Cücələrim" körpələr evi fidanlarının rəqsi təqdim olunub.
Tədbirin sonunda Esmira Günəş tərəfindən şəhid analarına gül dəstələri təqdim olunub.
Nurəddin