Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Şirvan şəhər və Salyan rayon Heydər Əliyev mərkəzləri, Şirvan, Salyan, Biləsuvar və Hacıqabul Tarix-Diyarşünaslıq muzeyləri, Şirvan şəhər və Salyan rayon Mədəniyyət mərkəzləri, Şirvan şəhər Uşaq musiqi məktəbi, Neftçala şəhər Camal İsmayılov adına Uşaq incəsənət məktəbi, Şirvan şəhər Mərkəzi Kitabxanası və Salyan Dövlət Rəsm Qalereyasında müxtəlif mövzularda tədbirlər, konsert proqramları və sərgilər təşkil olunub.

Çıxışlarda Silahlı Qüvvələrimizin tarixi, ordu quruculuğunda Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi, eləcə də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə olunan şanlı Zəfər vurğulanıb.

Sərgilərdə mövzuya dair rəsmlər nümayiş olunub, konsertlərdə vətənpərvərlik musiqiləri səsləndirilib.

Nurəddin