M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konserti (27 iyun) keçirilib.

Konserti almaniyalı dirijor Paul Johannes Rossmann idarə edib.

Əvvəlcə Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann dinləyiciləri salamlayıb, iki ölkə arasında mədəni əlaqələr haqqında danışıb.

Sonra dirijor Paul Johannes Rossmannın rəhbərliyi ilə Azərbaycan Dövlət Kamera Orkestri musiqisevərlər qarşısında çıxış edib.

Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.