Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Study in Azerbaijan” sərgisi çərçivəsində Bakı Slavyan Universiteti (BSU) də təmsil olunub.
BSU-nin stendində universitet haqqında məlumatlar, müxtəlif nəşrlərlə bərabər, “Qərbi Azərbaycana Qayıdış” konsepsiyasının özbək dilinə tərcüməsi də təqdim edilib.
Qeyd edək ki, “Qərbi Azərbaycana Qayıdış” konsepsiyası Bakı Slavyan Universiteti tərəfindən müxtəlif dillərə tərcümə edilib və beynəlxalq konfranslarda, tədbirlərdə iştirakçılara təqdim olunur.