M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin müəllimi Zərifə Alxazovanın sinif konserti keçirilib.

Mayın 29-da gerçəkləşən konsertdə konsertmeysterlər Səbinə Vəlibəyova, Tomris Hüseynova və İrina Mehdiyevanın fortepianoda müşayiəti ilə şagirdlər Zərifə Alxazova (violin), Əsmər Güllarova (violin), Pünhan Heydərov (viola), Məhəmməd Zeynallı (cello), Gülsüm Cəfərova (violin), Orxan Məmmədov(violin), Fərid Ziyalı (violin), Elmira Dadaşova (violin), Amaliya Əliyeva (violin), və Məryəm Günəşova (cello) çıxış ediblər. Bundan əlavə, şagirdlər Zeynəb Əlizadə və Əli Vəliyev (hər ikisi pianoda) də ifa bacarıqlarını göstəriblər.

Konsertdə Avropa və rus bəstəkarlarının əsərləri səsləndirilib.

***

Mayın 31-də isə Kamera və Orqan Musiqisi Zalında Bakı şəhəri Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq incəsənət məktəbinin sinif konserti keçirilib.  

Məktəbin müəllimləri Aytən Cavadova, Könül Abbasova və Nərminə Əliyevanın sinif konserti Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunub.

Konsertdə müəllimlər və onların yetirmələri – Humay Əhmədova, Əlixan Rəsulov, İnci Əhmədova, Əsmanur Məmmədova, Murad İsayev, Nura Əliyeva, Ayla İsgəndərli, Kristina Xudaverdiyeva, Mədinə Cəbizadə, Ayan Qəhrəmanzadə, Humay Quliyeva, İnci Tağıyeva, Arslan Həsənov, Zeynəb İsayeva, Zeynəb Ağamalıyeva, Nərmin Qurbanova, Qaya Pirimov, Nigar Əliyeva, Nərmin Qurbanova, Əsma İsrafilova, Cəmrə Biter, Fatimə Nəsirli, Çinarə Nəsirli, Xədicə Əhmədova və Nərgiz Hacızadə çıxış ediblər.

Proqramda Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri yer alıb.