İyunun 1-də Füzuli şəhərindəki yerləşən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində “Qarabağım mənim” adlı festival keçirilib.

Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə təşkil olunan tədbirə işğaldan azad olunmuş ərazilərin məktəblərindən 150-yə yaxın şagird iştirak edib.

Festivalın əsas məqsədi uşaqların yaradıcılıq potensialının üzə çıxarılması və onların asudə vaxtının səmərəli təşkilidir.

Festival çərçivəsində məktəblilərin ifasında mahnı və rəqs nömrələri təqdim olunub, əyləncəli və interaktiv proqramlar təşkil edilib. Uşaqlar “Sülh bağı” ağacəkmə aksiyasında da iştirak ediblər.