Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Badamdar qəsəbə Mədəniyyət evində şəhid və qazi övladları üçün 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Badamdar qəsəbə Mədəniyyət evində fəaliyyət göstərən “Neon teatrı” uşaqlar üçün “Buz kraliçası” tamaşasını təqdim edib.

Sonra tədbir əyləncəli proqramla davam edib.

Müxtəlif nağıl personajlarının yer aldığı proqram uşaqlara bayram əhval-ruhiyyəsi bəxş edib.

Qeyd edək ki, yeni fəaliyyətə başlayan “Neon teatrı”nın təsisçiləri Həcər İsrafilova, Mustafa Mustafayev, Fərid Ələkbərov, rejissoru Tural Mustafayevdir.